Yanvarın 20-də UNEC kollektivi Ümumxalq Hüzn Günü münasibətilə Şəhidlər Xiyabanını ziyarət edib.
Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə qərənfillər düzülüb, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb.