Bu gün futbol meydançasında A qrupunda “UNEC Beynəlxalq İqtisadiyyat FC” ilə “İqtisadçılar” komandası, B qrupunda “Finance-Accounting and SABAH”la “UNEC RESH” komandası yarışacaq. Yarış saat 21:00-da Azfar stadionunda keçiriləcək.
Qeyd edək ki, “İqtisadçılar” komandasını UNEC-in gənc kadrları, “UNEC Beynəlxalq İqtisadiyyat FC”ni Beynəlxalq İqtisadiyyat Məktəbi və İqtisadiyyat fakültəsinin, “Finance-Accounting and SABAH”ı Maliyyə və mühasibat fakultəsi və SABAH Mərkəzinin, “UNEC RESH” komandasını isə Rus İqtisad Məktəbinin əməkdaşları təmsil edir.
UNEC azarkeşlərini komandalarımıza dəstək olmağa çağırırıq!
Komandalarımıza uğurlar arzulayırıq!