Yanvarın 27-də keçiriləcək “İqtisadiyyatda təhlükəsizlik: ticarətin asanlaşdırılması və mühafizəsi aspektləri” elmi-praktik konfransının təşkilatçısı Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Azərbaycan Dövlət Gömrük Komitəsidir (DGK).
Konfransa DGK-nin sədri Aydın Əliyev, UNEC-in rektoru, professor Ədalət Muradov, Ümumdünya Gömrük Təşkilatının baş katibi Kuni-Mikuriya, Milli Məclisin komitə sədri, akademik Ziyad Səmədzadə ilə yanaşı, dövlət rəsmiləri, tanınmış yerli və xarici təşkilatların rəhbərləri, universitetlərin əməkdaşları qatılacaq. Konfrans çərçivəsində paralel sessiyalarda geniş müzakirələrin keçirilməsi də nəzərdə tutulub.
Sonda Muzey Mərkəzində “Azərbaycan gömrüyü mədəni irsin keşiyində” adlı sərginin açılışı olacaq.
Elmi-praktik konfrans iki gün davam edəcək.