Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Belarus Dövlət İnformatika və Radioelektronika Universiteti, “MİTSO” Beynəlxalq Universiteti (Belarus) və Almatı Texnoloji Universiteti birgə video-seminar keçirib. Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin təşkil etdiyi video-seminar elektron və distant tədris sahəsində yeniliklərdən istifadəyə həsr edilib.
Video-seminarda elektron təhsilin tətbiqi və istifadəsi, onlayn və distant təhsilin təşkili ilə bağlı iştirakçı universitetlərin təcrübələri bölüşülüb.
UNEC-də tətbiq edilən “Elektron Universitet” modelinin, differensial əmək haqqı sistemi, əlavə təhsildə və əcnəbi vətəndaşların qəbulunda, distant təhsilin təşkilində həyata keçirilən yeniliklər müzakirə edilib.