UNEC magistrı “Gənclər İnsan Hüquqları Naminə” seminarında

02 MART 2017 | VIEWS:

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin magistrı İlhamə Qasımzadə Azərbaycan nümayəndə heyəti tərkibində Varşavada keçirilən “Gənclər İnsan Hüquqları Naminə” işçi seminarında iştirak edib.

“Gənclər İnsan Hüquqları Naminə” işçi seminarı Polşa Respublikasının Milli Təhsil Nazirliyi tərəfindən Təhsil Sisteminin İnkişaf Fondu ilə əməkdaşlıq çərçivəsində insan hüquqlarının təşviqi kontekstində gənclər tərəfindən reallaşdırılacağı nəzərdə tutulan bir sıra fəaliyyət və layihələrin keçirilməsi üçün öhdəliklər götürmək məqsədi ilə təşkil olunub.

Seminarda rəqəmsal mühitdə insan hüquqları, gənclərin vətəndaş cəmiyyətində, xüsusilə gənclər təşkilatlarında insan hüquqları sahəsində iştirakı və insan hüquqları sahəsində gənclərin fəaliyyətinə dəstək vermək üçün sektorlararası əməkdaşlıq mövzuları müzakirə edilib.

UNEC magistrı İlhamə Qasımzadə tədbirdə gənclərin vətəndaş cəmiyyətində, xüsusilə gənclər təşkilatlarının insan hüquqları sahəsində iştirakı mövzusunda işçi qruplarında iştirak edib. Müzakirələrdə gənclərin iştirakçılığı sahəsində Azərbaycan təcrübəsi təqdim olunub.

Tədbirin açılış mərasimində Azərbaycanın Vişeqrad Dördlüyü və Şərq tərəfdaşlığı ölkələri arasındakı əməkdaşlıqda iştirakı xüsusi qiymətləndirilib. Həmçinin, səfər zamanında nümayəndələr Azərbaycan Respublikasının Polşa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Həsən Həsənovla da görüşüblər.

eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al