UNEC “Mentorun 48 saatı” adlı tədbirdə təmsil olunub

08 SENTYABR 2021 | VIEWS:

Şamaxı şəhərində “Mentorun 48 saatı” adlı “Bootcamp” tədbiri təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti komponenti olan “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə reallaşdırılıb.

Tədbirdən öncə təhsil sahəsinə aid startaplar nümayiş olunub. Sərgidə UNEC məzunu Ülvi Dəmirli “Studylet” startapını təqdim edib.

Sonra tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, təhsil nazirinin müavini Firudin Qurbanov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, UNEC rektoru professor Ədalət Muradov, BMU-nun rektoru professor Havar Məmmədov, ADNSU-nun rektoru professor Mustafa Babanlı, ATU-nun rektoru professor Vilayət Vəliyev, GDU-nun rektoru professor Yusif Yusibov, ADAU-nun prorektoru Anar Hətəmov iştirak ediblər.

Açılış mərasimdən sonra Təhsil İnstitutunun direktoru Rüfət Əzizovun moderatorluğu ilə “İnnovasiyalar və təhsil: yeni inkişaf yolu” mövzusunda panel müzakirələr aparılıb.

Tədbirin birinci günündə “Hər şey gələcək üçün!”, “Startapı necə qurmaq olar?”, “Liderlik bacarıqları” mövzusunda təlimlər təşkil olunub, startap mövzusunda film saatı keçirilib.

Növbəti gün isə ARPVXSİ üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov ilə görüş keçirilib, “Mentorluq, texnika və mexanizmləri”, “İdeyadan innovasiyaya” mövzusunda təlimlər, “EduTech” panel müzakirəsi, eyni zamanda Şamaxı Safari Parkına tur təşkil edilib.

Bu ilin aprel ayından UNEC “Gələcək üçün bacarıqlar” layihəsinə qoşulub. Layihə çərçivəsində “Mentorluq üzrə ixtisaslaşma proqramı”nda UNEC-in 5 nümayəndəsi – UNEC Karyera Mərkəzini direktoru Ramil Cabbarov, müəllimlərdən Rəşad Məhhərəmov, Aygün Abdulova, Zeynəb Qiyasova və Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin mütəxəssisi Rauf Məmmədov iştirak edir.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startapçı kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.

*

https://news.unec.edu.az/xeber/125-universitet/7767-unec-mentorun-48-saati-adli-tedbirde-temsil-olunub

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino