UNEC müəllimlərinin ilk reytinqi müəyyənləşdi

15 DEKABR 2015 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tətbiq edilən differensial əmək haqqı sistemi ilə əlaqədar yaradılan daimi Komissiya işini yekunlaşdırıb. Artıq komissiya tərəfindən sistemə daxil edilən məlumatların yoxlanması prosesi sona çatıb. Bununla da, sistem avtomatik olaraq müəllimlər arasında TOP 100 reytinqi müəyyənləşdirib. 2 ay ərzində bu sistemə 143 müəllimin elmi, tədris və özünüinkişaf fəaliyyətləri barədə məlumat daxil edilib.

Sistemin tətbiqində əsas məqsəd professor-müəllim heyəti arasında sağlam rəqabət mühitini formalaşdırmaq, onların işdən məmnunluq səviyyəsini yüksəltmək, eyni zamanda müəllimlərin fərdi və qrup məhsuldarlığını artırmaqdan ibarətdir. Bu da öz növbəsində UNEC-də tədris, elmi-tədqiqat və inzibati fəaliyyətlərin səmərəliliyini və keyfiyyətinın yüksəlməsinə xidmət edəcək.

2015-2016-cı tədrisili üzrə reytinq siyahısında 1-10-cu yerləri tutan müəllimlərin əmək haqqı 2 dəfə artırılacaq. 11-30-cu yerləri tutan müəllimlər üzrə bu göstərici1, 7 dəfə, 31-60-cı yerləri tutan müəllimlər üzrə 1,5 dəfə, 61-100-cü yerləri tutan müəllimlər üzrə 1,2 dəfə təşkil edəcək.

Qeyd edək ki, reytinq sistemi müəyyən edilərkən UNEC-in professor-müəllim heyətinin fəaliyyətinin üç istiqaməti əsas götürülüb. Bura onların elmi, tədris və özünüinkişaf fəaliyyətləri daxil edilib.

 

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino