UNEC Nobel mükafatçısı Aziz Sancar adına tədqiqat mükafatı elan edir!

31 MART 2023 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universiteti kimya üzrə Nobel mükafatçısı, UNEC-in Fəxri doktoru Aziz Sancar adına tədqiqat mükafatı elan edir!

Mükafat UNEC-də yüksək keyfiyyətli tədqiqat fəaliyyətlərini dəstəkləmək və akademik heyəti bu istiqamətdə stimullaşdırmaq məqsədi ilə təsis olunub.

Müsabiqəyə UNEC əməkdaşlarının aşağıdakı sahələr üzrə dərc edilmiş elmi məqalələri qəbul edilir:

  • Qida təhlükəsziliyi
  • Qida Elmləri və Texnologiyası
  • Biokimya
  • Mikrobiologya
  • Biotexnologiya

Mükafat fondu 10.000 (on min) manat məbləğində pul və diplomdan ibarətdir. Müsabiqə ildə bir dəfə keçirilir və 1 elmi əsərə görə olan müəllifə (müəlliflərə) verilir. Əsərin 1-dən çox müəllifi olduğu halda, pul mükafatı onlar arasında bərabər şəkildə bölünür.

Müsabiqənin şərtləri:

  • Mükafata cari tədris ilində nəşr edilmiş və aşağıdakı tələblərdən birinə cavab verən əsərlər təqdim edilə bilər:
  • WASS-SENSE reytinqində A və ya B kateqoriyalı nəşriyyatlarda nəşr edilmiş monoqrafiyalar (elmi redaktoru olan, bölmələri müxtəlif müəlliflər tərəfindən yazılan kollektiv monoqrafiyalar da daxil olmaqla).
  • Web of Science bazasında Q1və Q2 kateqoriyalı elmi nəşrlərdə dərc edilmiş elmi məqalələr;

·        Müsabiqə üçün təqdim edilən əsərlərdən elmi jurnala qəbul edilmiş və ya çap olunmaq üçün hazırlıq mərhələsində olan elmi işlər qəbul olunmayacaq;

  • Müsabiqəyə təqdim edilən əsərlərdə müəllifin və ya müəlliflərin UNEC əməkdaşı olması birmənalı olaraq qeyd olunmalıdır. Əks halda, əsər müsabiqəyə buraxılmayacaq.

Müsabiqədə iştirak üçün müraciətlər 1 iyundan – 30 iyunadək tarixinədək qəbul edilir.

Tələb olunan sənədlər:

·        UNEC rektorunun adına ƏRİZƏ

·        Ərizəyə əlavələr;

·        ANKET

·        Müsabiqəyə təqdim edilən əsərin kağız və elektron nüsxələri;

·        Müsabiqəyə verilən məqalələrin Q1, və Q2 kateqoriyalı jurnala aid olmasının təsdiqedici sənədi (Web of Science platformasından uyğun hiperlinklərin yerləşdirilməsi);

·        Elmi işin nəşr olunduğuna dair rəsmi internet linkləri;

Mükafata təqdim edilən əsərlər Müsabiqə Komissiyası tərəfindən müvafiq meyarlar əsasında qiymətləndiriləcək.

Müsabiqədə iştirak etmək üçün tələb olunan bütün sənədlər elektron formada  [email protected] e-mail ünvanına göndərilməlidir. Sənədləri göndərərkən e-mailin “mövzu” bölməsinə “Aziz Sancar adına Tədqiqat Mükafatı-2023 – ad, soyad qeyd olunmalıdır.

Müsabiqə ilə bağlı müraciətləri [email protected] e-mailinə ünvanlaya bilərsiniz.

*

https://news.unec.edu.az/xeber/100-elm/9965-bold-red-unec-nobel-mukafatchisi-aziz-sancar-adina-tedgigat-mukafati-elan-edir-bold-red

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino