UNEC onlayn idarəetməyə keçdi

01 APREL 2020 | VIEWS:

Distant təhsil modelini uğurla reallaşdıran Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  idarəetməni bütövlükdə online sistemə keçirdi. Başqa sözlə, son beş ildə UNEC-də qurulmuş e-Universitet modelinin idarəetmə modulu da tətbiq edilməyə başlandı.

UNEC rektoru, professor Ədalət Muradovun iştirakı ilə onlayn rejimdə universitetin prorektorları, dekan və struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən iclasda rektor 31 Mart – Azərbaycanlıların soyqırımından söz açaraq, 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlardan danışıb. Rektor məhz ümummilli lider Heydər Əliyevin ciddi təşəbbüsü və qərarı nəticəsində erməni vəhşiliklərinə hüquqi və siyasi qiymət verildiyini diqqətə çatdırıb.

Rektor Ədalət Muradov Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardımda iştirakına və göstərdikləri sosial həmrəyliyə görə UNEC nümayəndələrinə təşəkkürünü bildirib.

Ədalət Muradov ölkədə koronavirusla bağlı yaranan mövcud durumu nəzərə alaraq, UNEC-in fəaliyyətinin bütünlüklə onlayn təşkil olunacağını qeyd edib. Elektron universitet modelinin tətbiqini UNEC-in uğuru adlandıran rektor, bu sistemin hazırki vəziyyətə uyğunlaşdırılmasının təşkili istiqamətində zəruri tədbirlərin görüldüyünü deyib.  İclasda UNEC-də distant dərslərin müəllimlərin şəraitinə uyğun təşkil olunması üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilib. Həmçinin Yay məktəbi və qiyabi təhsilin distant olaraq tədris ediləcəyinin nəzərdə tutulduğu, universitet əməkdaşları, müəllim və tələbələri bir platformada toplamaq məqsədilə vahid kommunikasiya sisteminin yaradılacağı vurğulanıb. Rektor UNEC-də təkrar ali təhsilin və əcnəbilərin təhsilinin distant keçiriləcəyinin mümkünlüyünü bildirib. Qiyabi təhsil alan yuxarı kurs tələbələrinin kəsr imtahanlarının onlayn təşkil olunacağını deyən Ə.Muradov, Yay məktəbinə qatılacaq tələbələrin imtahanlarının da onlayn nəzərdə tutulduğunu diqqətə çatdırıb.

İclasda bildirilib ki, UNEC-də tətbiq olunan Elektron Universitet sisteminə istənilən məkandan internet vasitəsilə qoşulması təmin olunub. Həmçinin docnet üzərindən kargüzarlıq işləri və sənəd dövriyyəsinin elektron olaraq evdən idarə olunması üçün də bütün imkanlar yaradılıb.

Tələbələrin, eləcə də universitet əməkdaşlarının “Bir pəncərə” sisteminə müraciət edərək, müvafiq arayışlarla təmin olunmasının da uğurla həyata keçirildiyi qeyd olunub. İslacda bildirilib ki, UNEC-də fəaliyyət göstərən bütün komissiyaların işi onlayn rejimdə aparılacaq. Differensial Əmək Haqqı Sisteminin reytinqı əvvəlki qaydalar üzrə davam etdiriləcək.

Tələbə və müəllimlərin müvafiq dərslik və dərs vəsaitləri ilə təmin olunması məqsədilə UNEC-in kitabxanası onlayn fəaliyyət göstərəcək. Müəllim və tələbələr şəxsi kabinetləri vasitəsilə istədikləri məkandan onlayn kitabxananın elektron bazasından istifadə edə biləcəklər.

UNEC-də tətbiq olunan yeniliklərin və universitet barədə məlumatların mütəmadi olaraq işıqlandırılması və geniş ictimaiyyətə çatdırılması məqsədilə unec.edu.az və UNEC NEWS saytlarının işi daha da operativləşdiriləcək.

UNEC-in onlayn fəaliyyəti və onlayn universitet modelinin tətbiqi ilə bağlı müraciətlərin operativ həll olunması məqsədilə onlayn servis xidməti təşkil ediləcək.

http://news.unec.edu.az/xeber/125-universitet/6256-unec-onlayn-idareetmeye-kechdi

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol