Noyabrın 10-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov 4 saylı tədris binasının tələbə, müəllimlərini və əməkdaşlarını qəbul edib.
Qəbulda iştirak edənlər universitetdə tədrisin keyfiyyətinin artırılması, təhsil ödənişlərində güzəştlərin edilməsi, təhsil haqlarının ödənilməsində möhlət hüququnun verilməsi və digər məsələlərlə bağlı rektora suallarını veriblər, təkliflərini səsləndiriblər. Ə. Muradov tələbə, müəllim və əməkdaşları narahat edən mövzulara münasibətini bildirib.
Rektor qəbuldan sonra tədris binasındakı şəraitlə yaxından tanış olub və dərslərdə işrirak edib.
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradovun tələbə və müəllimlərlə, eyni zamanda əməkdaşlarla növbəti görüşü noyabr ayının 17-də 2 saylı tədris binasında, noyabr ayının 24-də isə əsas tədris binasında keçiriləcək.
*
Tələbələr 13:30-dan 14:30-dək, müəllimlər və digər əməkdaşlar 14:30-dan 15:30-dək qəbul olunur.
Qəbula yazılmaq üçün (012) 505-48-01 nömrəsinə zəng etmək lazımdır.