UNEC rektoru tələbələrə müraciət edib

31 MAY 2017 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov tələbələrə müraciət edib.

Dəyərli tələbələrimiz,

Əzmkarlıq və həvəslə çalışdığınız, uğurlar qazandığınız, yeni bilik və bacarıqlar əldə etdiyiniz növbəti tədris ilinin sonuna çatdınız. Qarşıdan gələn yay imtahan sessiyası mənimsənilən biliklərin qiymətləndirilməsi ilə yanaşı UNEC-də tədrisin təşkilindəki keyfiyyəti göstərə bilən önəmli bir dövr olacaqdır.

“Tədrisdə innovasiya” deyərək çıxdığımız yolda tələbələrimizin keyfiyyətli və davamlı təkmilləşən müasir biliklərə sahib olmasını təmin etmək əsas amalımız olaraq qalmaqdadır.

Bu tədris ilində tətbiq edilən yeniliklər, əldə edilən uğurlar, həyata keçirilən innovasiya və təkmilləşmələrinin məhsuldarlığının əsas göstəricisi məhz sizin əldə etdiyiniz nəticələr olacaqdır.

Sürətlə dəyişən müasir dövrdə uğurlu mütəxəssis kimi formalaşmanız üçün araşdırma və təkmilləşməyə diqqət ayırmaq, hər zaman yenilikçilik və inkişaf ruhunda olmaq, o cümlədən əldə edilən bilikləri uğura çevirmək üçün davamlı səy göstərməyiniz tələb olunur. Bu anlamda UNEC tələbələri hər zaman bir addım öncə olduğunu sübut edir, bu fəxr hissini əzizlərinizə və müəllimlərinizə yaşadırsınız.

İmtahan sessiyasının təşkilində xüsusi və dəyişilməz yanaşmamız tələbə biliyinin obyektiv qiymətləndirilməsinin təmin olunmasıdır. Şəffaflıq və ictimaiyyətlə açıqlıq universitetimizin prioritet mövqeyi olaraq qalır.

Bu imtahan sessiyasında tətbiq etdiyimiz yeniliklərdən biri də apellyasiya müraciətlərinin daha da optimallaşdırılması, o cümlədən tələbələrin şəxsi kabinetindən müraciət edə bilmələrini təmin edəcək modulun yaradılmasıdır.  Bundan əlavə olaraq, tələbələrimiz imtahan materiallarını da öz şəxsi kabinetlərindən əldə edə biləcəkdir.

Dəyərli valideynləri, KİV və ictimaiyyət nümayəndələrini universitetimizdə görməkdən böyük məmnunluq hissi duyarıq. Sizin tədrisin keyfiyyətin təkmilləşdirilməsi adına söylədiyiniz hər bir rəy bizim üçün önəmlidir.

Bir daha tələbələrimizə yay imtahan sessiyasında müvəffəqiyyətlər arzulayır, uğurlarınızın davamlı olmasını diləyirəm!

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino