Görüşdə tədris prosesinin təşkili, tələbə biliyinin qiymətləndirilməsi, apelyasiya sistemi, imtahanların nəticələri, tələbələrin məlumatlandırılması və fakültələrdə tələbə müraciətlərinin cavablandırılması vəziyyəti müzakirə olunub.
Tələbə rektor Aysel Rzazadə imtahan sessiyası dövründə tələbələrin müraciətlərinin əsasən apelyasiyanın nəticələri və xarici dildən “Danışıq” (speaking) imtahanlarının qiymətləndirilməsi ilə bağlı olduğunu deyib. O, bütün müraciətlərin araşdırıldığını və nəticələrlə bağlı tələbələrin məlumatlandırıldığını qeyd edib.
UNEC Könüllüləri təşkilatının sədri Vüsal Quluzadə sessiya dövründə müəllimlərlə yanaşı, tələbə könüllülərin də imtahanlara nəzarət etdiklərini deyib. İmtahan mərkəzinin direktoru dosent Söhrab Hüseynov tələbələrin təşəbbüsünü alqışlayaraq, onların imtahanlara nəzarətdə göstərdikləri dəstəyi yüksək qiymətləndirib.
Rəqəmsal Könüllülər təşkilatının sədri Cəfərsadiq İbrahimov tələbə-müəllim arasında onlayn müzakirələrin təşkili məqsədilə yaradılmış “Kommunikasiya modulun”dan müəllimlərin istifadəsilə bağlı tələbələr arasında sorğunun keçirildiyini bildirib. 900-ə yaxın tələbənin iştirak etdiyi sorğunun nəticəsinə görə, kommunikasiya modulundan gənc müəllimlərin 61 faizinin, yaşlı müəllimlərin 21 faizinin, ümumilikdə isə müəllimlərin 43 faizinin istifadə etdiyini açıqlayıb.
Sonra tələbələr Yaşıl UNEC və COP 29-la bağlı həyata keçiriləcək layihələr barədə təkliflərini səsləndiriblər.
*
https://news.unec.edu.az/xeber/125-universitet/11216-unec-rektoru-telebelerle-tedrisin-ve-imtahanlarin-teshkilini-muzakire-edib