Yubiley tədbirində çıxış edən rektor Ədalət Muradov Rusiya Təhsil Akademiyasının kolektivini təbrik edərək, elmi əməkdaşlıq istiqamətində müzakirələr aparıb. Prof.Ədalət Muradov və akademiyanın prezidenti Olqa Vasilyeva arasında aparılan müzakirələrdə müasir təhsil texnologiyaları üzrə tədqiqatların nəticələrinin UNEC-lə bölüşülməsi mexanizmi müzakirə edilib. Eləcə də, Rusiya Təhsil Akademiyasının elektron kitabxanasına UNEC-in çıxış imkanının yaradılmasına dair razılıq əldə olunub.
Yubiley tədbiri çərçivəsində UNEC rektoru prof. Ədalət Muradov Rusiya Hökuməti yanında Maliyyə Universitetinin prezidenti professor Mixail Eskindarov, Moskva Maliyyə Hüquq Universitetinin rektoru professor Aleksey Zabelin, Don Dövlət Texniki Universitetinin rektoru professor Mesxi Besarionla da görüşərək, elm və təhsil sahəsində mümkün əməkdaşlıq istiqamətlərini müzakirə ediblər.
Rusiya Ali İqtisad Məktəbinin rektoru Nikita Anisimovu UNEC-ə dəvət edən prof. Ədalət Muradov birgə tədqiqat mərkəzlərinin və laboratoriyaların yaradılması və digər istiqamətlərdə əməkdaşlıq proqramının müəyyənləşdirilməsinə dair razılıq əldə edib.
*
https://news.unec.edu.az/xeber/125-universitet/10660-unec-rusiyanin-aparici-elm-ve-tehsil-muessiseleri-ile-emekdashlig-edecek-2