UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçildi

10 FEVRAL 2022 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) iclası keçirilib.

İclasdan öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

UNEC HİK sədri Rüfət Süleymanlı iclasıaçıqelan edərəkAzərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadəni iştirakçılara təqdim edib və komitəyə yeni sədr seçiləcəyini diqqətə çatdırıb.

İclasda Rüfət Süleymanlı THİK-ə sədrlik etdiyi müddətdə komitənin fəaliyyəti  barədə hesabatla çıxış edib. Hesabat dinlənildikdən sonra komitə üzvləri tərəfindən qəbul olunub.

İclas sədr seçkisi ilə davam edib. Komitə üzvlərinin səs çoxluğu ilə İlkan Əliyev Tələbə Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib.

ATİAHİ-nin sədr müavini Mirzə Cəfərzadə İlkan Əliyevi Tələbə Həmkarlar İttifaqı Komitəsinə sədr seçilməsi münasibətilə təbrik edərək, ona fəaliyyətində uğurlar arzulayıb. O, UNEC-in Tələbə Həmkarlar Komitəsinin daima yeni layihələr, sosial təşəbbüslərlə çıxış etdiyini və fəallığı ilə seçildiyini bildirərək, ATİAHİ tərəfindən komitəyə bundan sonra da lazımi dəstəyin göstəriləcəyini qeyd edib.

Komitənin üzvləri THİK haqqında öz fikirlərini paylaşıb, daha sonra yeni sədri təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonra İlkan Əliyev çıxış edərək, ona göstərilən etimada görə universitet və ATİAHİ rəhbərliyinə təşəkkürünü bildirib.

Əliyev İlkan Elxan oğlu 1996-cı il iyul ayının 28-də anadan olmuşdur.

2018-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində UNEC Bİznes Məktəbi fakültəsi üzrə Biznesin idarə edilməsi (Maliyyə ixtisası üzrə) magistr təhsili alıb.

2016-cı ilin mart ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

Eyni zaman YAP Səbail Rayonu Gənclər Birliyininidarə heyətinin və şurasının üzvüdür.

2017-ci ildən YAP Səbail rayon UNEC ilk ərazitəşkilatının tələbələr üzrə koordinatorudur.

2016-2018-ci illərdə UNEC Karyera Mərkəzində təcrübəçi kimi çalışmışdır.

2019-ci il ilin oktyabr ayından Azərbaycan Dövlət İqtisad Universtiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışıb.

2016, 2017, 2018 və 2019-cu illərdə UNEC rektoru Ədalət Muradov tərəfindən Fəxri Fərmanla təltifolunmuşdur.

2018-ci il 11 aprel tarixində keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kampaniyasında fəal iştirakına görəYAP Səbail rayon təşkilatının Fəxri Fərmanı ilə təltif olunmuşdur.

2021-ci ildə “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə YAP Səbail rayonu təşkilatının Fəxri Fərmanı ilə təltif edilmişdir.

2016 və 2018-ci illərdə imtahan sessiyalarınınnəticələrinə görə uğur qazanan və həmkarlar ittifaqı fəalı olan tələbələrə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlıtəqaüdünə layiq görülmüşdür.

2021-ci ildə Təhsil İşçiləri Respublika Komitəsinin 100 illik yubileyi münasibətilə döş nişanı ilə təltif edilib.

2022-ci ilin fevral ayında sosial-ictimai fəaliyyətində fərqləndiyinə görə YAP Səbail rayonu təşkilatı tərəfindən “İlin Gənci” adına layiq görülmüşdür.

shttps://news.unec.edu.az/xeber/105-telebe/8392-unec-telebe-hemkarlar-ittifagi-komitesinin-yeni-sedri-sechildi

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino