Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat və sənaye, Maliyyə fakultəsinin 16 tələbəsi və magistrantı Almaniyada kurs keçiblər.
Tələbələr Əməyin iqtisadiyyatı və təşkili kafedrasının dosenti Əli-Ağa İsmayılzadənin rəhbərliyi ilə Almaniyanın F+U Akademiyası tərəfindən Heydelberg şəhərində təşkil olunan “Müasir iqtisadiyyatda işgüzar ingilis dili” proqramında iştirak ediblər.
Treyninq proqramı Almaniya təhsilinin “dual sistem” proqramı əsasında keçirilib. Dörd həftə ərzində tələbələr akademik dərslərlə yanaşı, Almaniyanın bir sıra aparıcı şirkətlərinin (Daimler-Benz, BMW, BOSH) fəaliyyəti ilə də tanış olubar. Kurs zamanı tələbələrə Almaniya iqtisadiyyatı, onun dünya iqtisadiyyatına inteqrasiyası, işgüzar münasibətlər haqqında ətraflı məlumat verilib, inkişaf perspektivləri müzakirə edilib.
*
Tələbələr istirahət günlərində Avropanın Paris, Vyana şəhərlərini ziyarət edib və onların tarixi-mədəni muzeyləri ilə tanış olublar.
Kursun sonunda bütün iştirakçılara sertifikatlar təqdim edilib, F+U Akademiyası tərəfindən fakültə rəhbərliyinin adına minnətdarlıq məktubu göndərilib.