UNEC tələbələri könüllülük fəaliyyətində də öndədir

02 OKTYABR 2017 | VIEWS:

Oktyabrın 2-də UNEC-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının təqdimatı keçirilib.

UNEC-in I kurs tələbələri üçün təşkil olunan tədbirdə layihənin ümumi işlər üzrə koordinatoru Canoğlan İlyasov bildirib ki, “Bir” Tələbə-Könüllü Proqramı ölkəmizin siyasi və iqtisadi inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli layihədir. O, könüllüləri vahid məlumat bazasında birləşdirən proqramın onların fəaliyyətinin yönləndirilməsinə kömək etdiyini qeyd edərək, tələbə-könüllülərin şəxsi və peşəkar fəaliyyətində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. C.İlyasov ölkədə keçirilən beynəlxalq idman yarışlarında könüllülərin vəzifə, öhdəlik və əldə etdikləri bacarıqlardan bəhs edərək, UNEC tələbələrinin könüllülük fəaliyyətində də daima öndə olduqlarını diqqətə çatdırıb.

“Bir” Tələbə-Könüllü fəallarından olan UNEC tələbələri qazandıqları təcrübədən danışaraq, I kurslarla könüllülük həyatı barədə təəssüratlarını bölüşüblər. Bildirilib ki, “Bir” Tələbə-Könüllü komandasına qoşulub dövlət və beynəlxalq miqyaslı tədbirlərdə iştirak etmək üçün konullu.edu.az  saytında onlayn qeydiyyatdan keçmək lazımdır.

Görüşdə proqramın altı əsas istiqaməti olan Öyrən, Öyrət, Yaşa, Yaşat, Kəşf et və Zövq al çərçivəsində paytaxt və regionlarda keçirilən təlim, seminar, yay məktəbi, festival, xeyriyyə aksiyası və komanda turları haqqında video materiallar nümayiş etdirilib.

Tədbir müsabiqələrlə davam edib.

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - twitch viewer bots - Postegro