Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr təhsil pilləsinin III kurs tələbələri Rusiyanın Sankt-Peterburq şəhərindəki Əmanət Bankında, Bank VTB 24-də, Azərbaycan Beynəlxalq Bankının Sankt-Peterburq fililalında yay istehsalat təcrübəsi keçiblər. BİM, Uçot-iqtisad və Maliyyə fakültəsinin tələbələri bu təcrübədə iştirak ediblər. Tələbələr təcrübə müddətində müvafiq banklar tərəfindən verilən tapşırıqlara vaxtında və layiqincə əməl ediblər. Yerlərdə verilən tapşırıqlara tələbələr məsuliyyətlə yanaşaraq, proqramı tam əhatə ediblər. Təcrübənin sonunda tələbələrə Beynəlxalq sertifikatlar təqdim edilib. Həmin sertifikatın sahibi istənilən bankda sınaq müddəti keçmədən öz fəaliyyətini başlaya bilər. Qeyd edək ki, UNEC yeganə ali məktəbdir ki, onun tələbələri Rusiya banklarında təcrübə keçmək hüququna malikdir. Yay istehsalat təcrübəsinin rəhbəri UNEC-in Bank işi kafedrasının professoru, Rusiya Federasiyasının iqtisad elmləri doktoru Elnur Sadıqov olub. Sankt-Peterburq bankları 2016-cı ildə də UNEC-lə bu ənənəni davam etdirmək arzusunda olduqlarını bildiriblər.