UNEC tələbələrinə adlı təqaüdlər təqdim edilib

26 OKTYABR 2017 | VIEWS:

Oktyabrın 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 2016-2017-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan tələbələrə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdlərinin verilməsi mərasimi keçirilib.

Təqdimetmə mərasimində AHİK-in sədri, Milli Məclisin üzvü Səttar Möhbalıyev bildirib ki, tələbələrə adlı təqaüdün verilməsi ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı həyata keçirdiyi tədbirlər sırasında mühüm yerlərdən birini tutur.

S.Möhbalıyev qeyd edib ki, gənc nəslin sağlam böyüməsini təmin etmək məqsədi ilə Azərbaycan Prezidenti idmanın inkişafı üçün bir çox fərman və sərəncamlar, dövlət proqramları imzalayıb, respublikanın bütün bölgələrində müasir tələblərə cavab verən olimpiya kompleksləri tikilib gənclərimizin ixtiyarına verilib. Ölkə prezidenti cənab İlham Əliyev gəncləri daim diqqətdə saxlayır. Vaxtaşırı olaraq gənclərlə görüşlər keçirir, onları dinləyir və gəncliyimiz qarşısında duran problemlərin aradan qaldırılması üçün böyük işlər görür. Ölkə başçısının 15 sentyabr 2017-ci il tarixində imzaladığı “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncamı və dövlət proqramında nəzərdə tutulan tədbirlər bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin göstəricisidir.

Adlı təqaüd 1995-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə təsis edilib. Təqaüd qış və yay imtahan sessiyalarının nəticələrinə görə əla və yaxşı qiymətlərlə oxuyan və həmkarlar ittifaqı fəalı olan tələbələrə verilir. S.Möhbalıyev tələbələri adlı təqaüdlər almaları münasibətilə təbrik edib və onlara təhsildə yeni uğurlar arzulayıb.

Sonra tələbələrə adlı təqaüdlər təqdim edilib. Təqaüd alanlar sırasında UNEC-in tələbə və magistrləri də var. Onlar Nərgiz  Tahirova (Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi), Əhliman Xəlilov (Maliyyə və Mühasibat), İlkan Əliyev (Maliyyə və Mühasibat), Fatimə Fətiyeva (Texnologiya və dizayn), və Nazpəri Səmədovadır (Beynəlxalq İqtisadiyyat Məktəbi).

eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - twitch viewer bots - Postegro