UNEC-in tələbələrinə Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” Mübadilə Proqramı çərçivəsində Macarıstanın Dunaujvaros Universitetində 2017-2018-ci tədris ilinin yaz semestrində təhsil almaq üçün təqaüd imkanı təkilf olunur.
Proqrama müraciət etmək üçün əsas şərtlər:
- UNEC-in I, II və ya III kurs bakalavr tələbəsi olmaq;
- İngilis dilində sərbəst şəkildə danışmaq (C1 səviyyəsində);
- Orta bal göstəricisi 91-dən yuxarı olmalı.
Tələb olunan sənədlər:
- Akademik trasncript;
- İngilis dilini mənimsəmə səviyyəsini təsdiq edən sənəd (TOEFL və ya s.);
- Motivasiya məktubu (min. 150-max.250 söz);
- CV (ingilis dilində);
- Xarici pasportun sürəti.
Son müraciət tarixi: 28 dekabr, saat 17.00.
Daha ətraflı məlumat üçün UNEC-in Beynəlxalq Əlaqələr Departamentində Afət Ələkbərovaya müraciət edə bilərisniz.
Ünvan: UNEC, əsas tədris binası, 115-ci otaq, tel.: 492-60-45, [email protected]