Yekaterinburqda Rusiya-Azərbaycan Gənclər Forumu keçirilib. Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin təşkil etdiyi forumun mövzusu “Rusiya və Azərbaycan: inkişaf nöqtələri” olub.
Gənclər forumunda iqtisadi münasibətlərin inkişafı çərçivəsində hər iki ölkənin gəncləri arasında əməkdaşlıq məsələləri müzakirə edilərək, sahibkarlıq, innovativ elmi-texniki və sosial-mədəni layihələr sahəsində təcrübə mübadiləsi aparılıb.
Tədbirdə ənənəvi Bakı Humanitar Forumu çərçivəsində Dünya Gənclər Humanitar Forumunun təşkili, “Təmiz vətən, təmiz Xəzər” layihəsinin həyata keçirilməsi barədə təşəbbüslər səsləndirilib.
İki ölkənin gənclər təşkilatlarının nümayəndələri və tələbələrin qatıldığı forumda UNEC-i Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Seymur Məmmədov təmsil edib.