2002-ci il iyul ayının 12-də Rusiya Federasiyasının Sverdlovsk vilayətində anadan olub. 2008-ci ildə Bakı şəhəri Yasamal rayonu 53 №li tam orta məktəbin birinci sinfinə daxil olub. 2019-cu ildə həmin məktəbdən tam orta təhsilini tamamlayaraq məzun olub. Həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və mühasibat fakültəsinin Maliyyə ixtisasına qəbul olub.
2015-2020-ci tədris illərində məktəbdaxili yaradılmış şagird özünüidarə qurumu olan “Hüquq klubu”nun sədri olmuşdur. 2018/2019-cu tədris ilində ARTN tərəfindən ümumi təhsil müəssisələrində yaradılmış Məktəb “Kiçik Akademiya”nın prezidenti, 2019/2020-ci tədris ilində Məktəb “Kiçik Akademiya”nın İdarə Heyətinin sədri vəzifəsində çalışmışdır. 28.02.2020-ci il tarixində öz ərizəsi ilə vəzifəsindən imtina etmişdir.
*
2016-cı ildə “Uşaq Hüquqlarının Pilləli Tədrisi” kursunu müvəffəqiyyətlə bitirərək treynerlik bacarığına yiyələnmişdir.
Bundan əlavə 15.07.2019-15.09.2019-cu il tarixlərində 3 saylı Bakı “ASAN xidmət” mərkəzində, 18.11.2019-19.01.2020-ci il tarixlərində isə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyində könüllü fəaliyyət göstərmişdir.
Hazırda “UNEC Könüllüləri” Təşkilatının sədridir.