emek_natiq_foto

i.e.d., prof. Qasımov Natiq Əbülfəz oğlu

19 Mart 1960-cı ildə Bakı şəhərində anadan olub.

1982-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1992-ci ildə Prezident  Yanında İdarəçilik Akademiyasını (qiyabi) fərqlənmə diplomu ilə bitirib.

1982-1989-cu illərdə  Azərbaycan Elmi tədqiqat kənd təsərrüfatı iqtisadiyyatın təşkili institutunda kiçik və baş elmi işçi vəzifəsində çalışıb.

1986-cı ildə AMEA İqtisadiyyat institutunda namizədlik dissertasiyasını müdafiə edib, Həmin ildə Ali Attestasiya Komissiyası tərəfindən iqtisad elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

1989-1993-cü illərdə Azərbaycan İqtisadçılar İttifaqında sədr müavini vəzifəsində çalışıb.
1993-1995-ci illərdə “Azəryeyintisənaye” Elmi tədqiqat institutunun direktoru vəzifəsində işləmişdir.

1992-ci ildə AAK tərəfindən dosent, 2004-cü ildə professor elmi adlarına layiq görülüb.

1995-1997-ci illərdə Azərbaycan Respubliksı Maliyyə Nazirliyində baş idarə rəisinin birinci müavini vəzifəsində çalışıb.

1998-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülüb.

2000-ci ildə Beynəlxalq İqtisadçılar İttifaqının həqiqi üzvü seçilib.

1997-2000-ci illərdə Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində direktor vəzifəsində işləyib. 2000-2002-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyində baş idarə rəisinin birinci müavini vəzifəsində çalışıb. 17 yanvar 2002-ci  ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vergilər Nazirinin müavini vəzifəsinə təyin edilib. O, bu vəzifədə 2010-cu ilin aprel ayına kimi xidmət göstərib.

 

2005-ci ildə Beynəlxalq Menecment Akademiyasının həqiqi üzvü seçilib.

2005-2010-cu illərdə Prezident yanında AAK iqtisadiyyat sahəsi üzrə ekspert kimi fəaliyyət göstərib.

2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə üçüncü dərəcəli Dövlət Vergi müşaviri rütbəsi verilib.
2010-cu ildən Azərbaycan  Dövlət İqtisad Universitetinin “Əməyin iqtisadiyyatı və təşkili” kafedrasında,  2019-cu ildən “Sosial inkişaf iqtisadiyyatı və qiymətləndirmə” kafedrasında çalışıb. 2022-ci ildən “İctimai idarərtmə və sosial innovasiyalar” kafedrasının professordur.

4 beynəlxalq konfransın, 5 respublika elmi-praktiki konfransın təşkilatçısı olub.

115-dən artıq elmi-praktiki əsəri, o cümlədən 14 monoqrafiya və kitabı müxtəlif dillərdə çap edilib.

Ailəlidir, iki övladı, nəvələri  var.

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

natiq773e56d6f9ad3

prof. N.Qasımov UNEC NEWS-da

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser