Əlaqə tel: +(012) 18-46 (1-16-11)

342 2

UNEC 24/7 kitabxanası haqqında

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)  7 gün 24 saat fəaliyyət göstərən kitabxanasının təşkilinə 2017-ci ilin dekabrında başlanılmış, 2018-ci ilin mart ayında tam yekunlaşdırılmışdır.

Kitabxana binası üç mərtəbədən ibarət olmaqla ümumi sahəsi  290 kv.m  təşkil edir.

Kitabxana 2 oxu zalından və elektron kitabxanadan yararlanmaq üçün 24 kompüterlə təchiz olunmuş 1 zaldan ibarətdir.

Oxu zalları mütaliə üçün spesifik işıqlandırma və havalandırma sistemindən, həmçinin rahat oturacaqlarla təchiz edilmişdir.

Kitabxana eyni anda 104 tələbəyə xidmət göstərmək potensialına malikdir.

Kitabxana ixtisaslaşmış geniş fonda malikdir və rəf üslubunda tərtib olunub. Kitabxanadakı axtarış sistemi elektron kataloq əsasında aparılır və bunun üçün xüsusi proqram təminatı tətbiq olunmuşdur.

Elektron kitabxana çoxsaylı kitablarla zənginləşdirilib və müəllif hüquqları qorunmaqla tələbələrin istifadəsinə verilmişdir.

Azərbaycanın digər universitetlərinin elektron kitabxanalarına giriş təmin edilmişdir. Hazırki infrastruktur tələbələrimizin dünya səviyyəli universitetlərin kitabxanalarından istifadəsinə şərait yarada bilər.

Kitabxana tələbələrin rahatlığı üçün pulsuz internet, sürətli kitab skaneri və printerlər ilə təchiz edilmişdir.

Kitabxana prosesləri tam avtomatlaşdırılmışdır.

EBSCO və  Thomson Reuters elektron resurslarına abünə olunub. Universitet daxili intranet şəbəkədə açıq istifadəsi təmin olunub.

Kitabxanada yüksək təhlükəsizlik sistemləri quraşdırılmışdır.

Kitabxana istifadəçiləri üçün açıq havada xüsusi guşə yaradılmışdır.

*

kitabxana15kitabxana19kitabxana18kitabxana14kitabxana12kitabxana17kitabxana9kitabxana8kitabxana7kitabxana4kitabxana3kitabxana2