UNEC tələbərinin nəzərinə: Macarıstanda bir semestrlik mübadilə

22 DEKABR 2017 | VIEWS:

macar44окUNEC-in tələbələrinə Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” Mübadilə Proqramı çərçivəsində Macarıstanın Dunaujvaros Universitetində 2017-2018-ci tədris ilinin yaz semestrində təhsil almaq üçün təqaüd imkanı təkilf olunur.

Proqrama müraciət etmək üçün əsas şərtlər:

  1. UNEC-in I, II və ya III kurs bakalavr tələbəsi olmaq;
  2. İngilis dilində sərbəst şəkildə danışmaq (C1 səviyyəsində);
  3. Orta bal göstəricisi 91-dən yuxarı olmalı.

Tələb olunan sənədlər:

  1. Akademik trasncript;
  2. İngilis dilini mənimsəmə səviyyəsini təsdiq edən sənəd (TOEFL və ya s.);
  3. Motivasiya məktubu (min. 150-max.250 söz);
  4. CV (ingilis dilində);
  5. Xarici pasportun sürəti.

Son müraciət tarixi: 28 dekabr, saat 17.00.

Daha ətraflı məlumat üçün UNEC-in Beynəlxalq Əlaqələr Departamentində Afət Ələkbərovaya müraciət edə bilərisniz.

Ünvan: UNEC, əsas tədris binası, 115-ci otaq, tel.: 492-60-45, [email protected]