UNEC tələbələrinə maddi yardımın və internet paketinin verilməsi üçün lazım olan sənədlər – SİYAHI

06 İYUN 2020

THIK_2020Koronavirus (COVİD-19) pandemiyası səbəbi ilə UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) tərəfindən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrə ödənilən maddi yardımlar və internetə çıxışı olmayan təhsilalanlara 5 GB həcmində internet tarif paketinin alınması üçün tələb olunan birdəfəlik maddi vəsait onların smart tələbə kartlarına köçürüləcək. Sənədlərin siyahısı və ərizə forması tələbələrəin şəxsi kabinetlərinə də göndərilib.

Maddi yardım və 5 GB həcmində internet paketi üçün olan vəsait THİK hesabına ödəniləcək.

  1. Hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:

– I və II dərəcə əlilliyi olan şəxslər;
– işsiz kimi qeydiyyatda olanlar;

  1. Qarabağ müharibəsi əlilləri, şəhid və veteran övladları olan şəxslər;
  2. Valideynlər arasında nikahın pozulması, onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olan şəxslər;

*
Maddi yardımla bağlı müraciət üçün tələb olunan sənədlər:

  1. Tələbənin şəxsiyyətini təsdiq edən sənəd;
  2. Tələbə bileti;
  3. UNEC THİK üzvlük vəsiqəsi;
  4. Tələbənin bank hesabına birdəfəlik maddi yardımın ödənilməsi üçün “Smart kart”-ın hesab üzrə çıxarışı/rekviziti (BirBank mobil tətbiqinə daxil olub, rekvizitlər funksiyasını seçməklə əldə etmək mümkündür)
  5. Valideynlərin (və ya valideynin) ölümü haqqında şəhadətnamə;
  6. Valideynlərin və ya qanuni nümayəndələrin sosial statusunu (I və II dərəcə əlil, qeydiyyatdan keçmiş işsiz) təsdiq edən sənəd. (müvafiq arayışları e-sosial.az saytında qeydiyyatdan keçməklə əldə etmək mümkündür).
  7. Veteran statusunu təsdiq edən sənəd;
  8. Nikahın pozulması haqqında şəhadətnamə;
  9. Doldurulmuş ərizə forması

*
5 GB İnternet paketi üçün tələb olunan sənədlər:

  1. Tələbənin şəxsiyyətini təsdiq edən sənəd;
  2. Tələbə bileti;
  3. Tələbənin bank hesabına birdəfəlik maddi yardımın ödənilməsi üçün “Smart kart”-ın hesab üzrə çıxarışı/rekviziti (BirBank mobil tətbiqinə daxil olub, rekvizitlər funksiyasını seçməklə əldə etmək mümkündür)
  4. Doldurulmuş ərizə forması.

Sənədlərin elektron surətinin təqdim olunması tələb olunur. Tələbələr yuxarıda qeyd olunan sənədləri [email protected] elektron ünvanına göndərməlidirlər.

Qeyd: Email göndərilərkən sənədlərin tam, oxunaqlı şəkildə yüklənilməsi və məktubda aktiv istifadədə olan mobil nömrə və fakültənin (məktəb/mərkəz) adının qeyd edilməsi mütləqdir.

Qeyd olunanlarla bağlı suallarınızı unecthik instagram sosial şəbəkəsinə ünvanlaya bilərsiniz.

ƏRİZƏ