UNEC-i abituriyentlərə daha yaxından tanıtmaq və ixtisas seçimində onlara dəstək olmaq məqsədilə təşkil olunan layihə çərçivəsində abituriyentlərə UNEC-də tədris olunan ixtisaslar, fakültələr, keçid balları, təhsil haqları, beynəlxalq proqramlar və. s barədə ətraflı məlumat veriləcək. Eyni zamanda onlara ixtisas seçimi, seçmək istədikləri ixtisasın üstünlükləri və gələcək karyera imkanları istiqamətində dəstək göstəriləcək.
Regionlarda yaşayan və UNEC-ə gəlmək imkanı olmayan abituriyentlər isə UNEC-in rəsmi Facebook (https://www.facebook.com/unecedu) səhifəsi, eləcə də 012-492-60-43 nömrəsi ilə əlaqə saxlayaraq onları maraqlandıran suallara cavab ala biləcəklər.
Xatırladaq ki, UNEC-ə I, II, III, IV və V ixtisas qruplarında 22 ixtisas üzrə bakalavr qəbulu həyata keçirilir.
*
https://news.unec.edu.az/rubrika/10102-unec-i-tani/8579-unec-i-tani-layihesine-yeniden-start-verildi