e-mail: [email protected]
1982-ci ildə anadan olub.
1999-cu ildə orta təhsilini Bakı şəhərində başa vuraraq Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olub.
2003-cü ildə İqtisad Universitetinin bakalavr, 2005-ci ildə isə magistr dərəcəsinə sahib olmuşdur.
2005-2006-cı illərdə Azərbaycan Respublikasında həqiqi hərbi xidmətdə qulluq etmişdir.
2013-2017-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Doktorantura bölməsində təhsilini davam etdirmişdir.
2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində distant, qiyabi və magistratura mərkəzlərində müxtəlif tədris fənnləri üzrə dərs deyir.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarına əsasən 2018-ci ildə iqtisad üzrə fəlsəfə doktoru elmi adını almışdır.
2020-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində iqtisad elmləri doktoru proqramı üzrə fəaliyyətini davam etdirir. Müxtəlif illərdə Xarici neft şirkətində və kommersiya banklarında rəhbər vəzifələrdə çalışmışdır.
*
2021-ci ildən UNEC Rektorunun qərarı ilə Maliyyə və audit kafedrasının müəllimi, 2024-cü ildən isə UNEC Avrasiya İqtisadiyyatı Beynəlxalq Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçısı, eləcə də, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin müəllimidir.
Elm və Təhsil Nazirinin müvafiq əmri ilə 2023-cü ildə Dövlət Attestasiya Komissiyasının Sədri təyin olunmuşdur.
Azərbaycan Respublikası Auditorlar Palatasının 2025-ci il tarixli Sertifikasiya imtahanından müvəffəqiyyətlə keçərək Müstəqil Auditor adına layiq görülmüşdür.
Bir çox elmi məqalələrin, tezislərin, bir monoqrafiyanın müəllifi, eləcə də bir dərsliyin (ali məktəb üçün) həmmüəllifidir.