aydin_foto

Aydın Seyfulla oğlu Abdullazadə

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Uçot iqtisad” fakultəsinə daxil olaraq maliyyə-mühasibat ixtisasını bitirmişdir.

1998-ci ildən oxuduğu İqtisad Universetinin nəşriyyat şöbəsində əmək fəaliyyətinə başlamışdır.

Sonralar Elm şöbəsində inspektor vəzifəsində işini davam etdirmişdir.

Hal-hazırda Elmi fəaliyyətin təşkili şöbəsində böyük mütəxəssis vəzifəsində çalışır.

Universitetin demək olar ki, bütün tədbirlərinin işıqlandırılması üçün lazım olan dizaynların hazırlanmasında birbaşa iştirak edir.

Dəfələrlə həm dövlət, həm Universitet rəhbərliyi tərəfindən çoxlu təşəkkürnamələrə və sertifikatlara layiq görülmüşdür.

Universal döyüş idman növü üzrə Azərbaycan və Bakı birinciliklərinin qalibi olmuş, 2008-ci ildə Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş Universal döyüş idman növü üzrə Beynəlxalq Turnirin gümüş medal mükafatçısı, 2009-cu ildə isə Avropa çempionatının bürünc medal mükafatına layiq görülmüşdür.

Uzun illər Azərbaycan Universal Döyüş Federasiyasında baş katib vəzifəsini icra etmişdir.

2019-cu ildə Avropa Universal Döyüş Federasiyasına Baş katib seçilmişdir.

“B” kateqoriyalı Beynəlxalq dərəcəli Hakim statusuna yiyələnmişdir.

*

*Elmi məqalələrin siyahısı: Scholar Google 

1) “Heydər Əliyev – dahi şəxsiyyət, fenomen siyasətçi və Ümummilli Lider” – (Dövlət Təhlükəsizlik Akademiyasında keçirilən “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Respublika konfransın materialları” Bakı, 2023);

2) “Süni intellektin insan əməyində rolu” (Gəncə, 2023);

3) “E-Karabakh and beyond: Revealing the Digital Landscapes in Azerbaijan’s Liberated Territories” (AGORA Int’l J. Jurid. Sci., 2023);

4) Beynəlxalq əhəmiyyətli yarışların Azərbaycan iqtisadiyyatında rolu və kütləvi idman” (UNEC Respublika Elmi konfransının materialları, Bakı, 2019),

5) “Azərbaycanda müasir vergi inzibatçılığının təkmilləşdirilməsi məsələləri” (Bakı, UNEC elmi xəbərləri, 2019)

*

UNEC tədbirləri üçün hazırladığı dizayn isləri:

https://unec.edu.az/elmi-fealiyyetin-teskili-sobesinde-hazirlanan-dizayn-isleri/ 

 

UNEC-də keçirilən tədbirlərin materiallarının çapa hazırlanması:

https://unec.edu.az/application/uploads/2015/02/Elmi-fealiyyetin-teskili-sobesinin-capa-hazirladigi-kitab-ve-konfrans-materiallari.pdf