Aprel ayının 10-dan başlayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universiteti üzrə:
İşə qəbul prosesi 2 mərhələdən ibarət olacaq:
– Test və keys əsaslı yazılı (maksimum 400 söz) tapşırıqlar;
– Üzbəüz müsahibə:
*
İşə qəbulda iştirak etmək üçün namizədlərə olan tələblər:
– yerli və ya xarici dövlətlərin ali təhsil müəssisələrinin 4-cü kurs bakalavriat pilləsində, yaxud 1-ci, 2-ci kurs magistratura pilləsində yuxarıda göstərilmiş ixtisas istiqamətləri üzrə azərbaycan və ingilis dillərində təhsil almalı və ya son 3 il ərzində məzun olmalıdır.
– cari tədris ilinin yaz semestri üzrə, məzunlarda isə yekun ümumi orta müvəffəqiyyət göstəricisi 75-80 baldan yuxarı olmalıdır.
Sənəd qəbulu [email protected] elektron poçt ünvanı vasitəsilə may ayının 10-dək həyata keçiriləcək. Müraciətlər göndərilərkən (mövzu hissəsində “Tələbələr üçün iş” qeyd etməklə) CV, şəxsiyyət vəsiqəsi, tələbə bileti və akademik transkript mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır.
Qeyd: Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi informasiya kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahəsində sertifikatlaşdırmanı, uçotu, tənzimləməni və nəzarəti (keyfiyyətə nəzarət daxil olmaqla), o cümlədən telekommunikasiya operatorları arasında qarşılıqlı arabağlantı münasibətlərinin tənzimlənməsini və radiospektr idarəçiliyini həyata keçirən publik hüquqi şəxsdir.
Əlaqələndirici struktur: UNEC Karyera mərkəzi
Tel:1846 daxili 1132