İkili əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul Haliç Universitetinə mübadilə elan olunur

11 DEKABR 2023

Non-Erasmus ikili əməkdaşlıq çərçivəsində Türkiyənin İstanbul Haliç Universitetində mübadilə proqramına sənəd qəbulu elan olunur.

Proqram çərçivəsində UNEC tələbələri 2023/2024-cü tədris ilinin yaz semestrində Türkiyədə təhsillərini türk və ya ingilis dilində davam edəcəklər. Mübadilə proqramının şərtlərinə əsasən, xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar. Namizədlərin seçimi ayrılmış yerlərin sayı üzrə təqdim olunmuş sənədlər əsasında, müsabiqə yolu ilə aparılacaq.

Seçiləcək tələbə sayı: 10 nəfər

Təhsil pilləsi: bakalavriatura və ya magistratura üzrə təhsil alan tələbələr

Müddət: 2023/2024-cü tədris ilinin yaz semestri

Əsas şərtlər:

  • Tələbələrin orta balı (ÜÖMG) – 70-dən yuxarı olmalı;
  • Türk və ya ingilis dilini sərbəst bilməli.
  • Müvafiq dil sertifikatı

Tələb olunan sənədlər:

  • Akademik transkript
  • Dil biliyini təsdiq edən sənəd (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis və ya türk dilində təhsil aldığını göstərən sənəd).
  • CV (ingilis dilində)
  • Pasport (mövcüd olmadığı halda şəxsiyyət vəsiqəsi)

Fakültələr haqqında məlumat (bakalavr):
https://halic.edu.tr/tr/akademik/fakulteler

Fakültələr haqqında məlumat (magistr):
https://halic.edu.tr/tr/akademik/enstituler/lisansustu-egitim-enstitusu

Son müraciət tarixi: 25 dekabr, 2023-cü il.

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində [email protected] elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaqdır). Elektron məktubu göndərərkən başlıq hissəsində universitetin «Haliç Universiteti» yazılmalıdır.

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - casino siteleri - ucuz uz - vozol -
volgerskopen.com