UNEC nəzdində Maliyyə-İqtisad Kollecinin direktoru Davud Davudov

Davud Davudov Milli Aviasiya Akademiyasında “Hüquqşünas” ixtisası üzrə təhsil almışdır. 2018-ci ildə ona Ali Attestasiya Komissiyası tərəfindən Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.

D.Davudov müxtəlif notariat kontorlarında aparıcı mütəxəssis, vəkil bürosunda hüquqşünas vəzifəsində çalışmışdır. 2020-cü ildən etibarən Milli Avasiya Akademiyasında müəllim olaraq fəaliyyətini davam etdirmişdir.

3 iyun 2024-cü il tarixindən UNEC nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinə  direktor təyin edilib.