KPMG Azərbaycan şirkəti UNEC tələbələri üçün infosessiya keçəcək

07 MART 2024

kgm0703202411KPMG Azərbaycan şirkəti UNEC tələbələri üçün infosessiya keçəcək

“Böyük Dördlük” şirkətlərindən biri olan KPMG Azərbaycan şirkəti tərəfindən UNEC-də infosessiya və imtahan keçirilməsi (25 dəqiqəlik) nəzərdə tutulub. İmtahan ingilis dilində maliyyə, mühasibat uçotu və audit ixtisasları üzrə təhsil alan tələbələri əhatə edəcək.

İnfosessiya 12 mart, saat 15:00-da UNEC-in əsas tədris binasında (otaq 305) olacaq.