Sentyabrın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi ilə Bakıda səfərdə olan Türkiyədə fəaliyyət göstərən “Xəzər Gənc” təşkilatının üzvləri görüşüb.
Görüşdə əməkdaşlıq çərçivəsində Azərbaycan-Türkiyə gəncləri arasında dostluğun inkişaf etdirilməsi, müxtəlif mövzularda maarifləndirilmə işinin aparılması istiqamətində layihələrin həyata keçiriləcəyi bildirib. Müzakirələrdə sosial problemlərin həlli istiqamətində müəyyən addımların atılması, Azərbaycan-Türkiyə arasında könüllü məktəbinin inkişafı, gənclərin maarifləndirilməsi və digər məsələlər barədə fikirlər səsləndirilib.
Sonda Azərbaycan vəTürkiyə gəncliyi arasında körpü rolunu oynayacaq iki təşkilat arasında əməkdaşlığa dair memorandum imzalanıb.