İslam Əməkdaşlıq Təşkilatının (İƏT) nəzdində fəaliyyət göstərən İslam Texnologiya Universiteti (Dəkkə, Banqladeş) tərəfindən pro-vitse-kansler (prorektorun müavini) vəzifəsi üçün vakansiya elanı verilib.
Vakant yerə müraciət etmək istəyən namizəd biznesin idarə edilməsi, maliyyə, iqtisadiyyat və s. sahələrdən biri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malik olmalı, İƏT-nin işçi dillərindən (ərəb, fransız, ingilis) ikisini mükəmməl bilməli və yaşı 56-dan yuxarı olmamalıdır.
Maraqlanan şəxslər 15.12.2015-ci il tarixinə kimi Beynəlxalq əlaqələr departamentinə müraciət etməlidir.
Tel.: 492 60 45