Türkiyəli professor UNEC-də elmi seminarda iştirak edib

29 FEVRAL 2016 | VIEWS:

Fevralın 29-da Türkiyənin İstanbul Universitetinin professoru Dr.Ömer Zeki Sadullah Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat ve sənaye fakültəsində keçirilən elmi seminarda iştirak edib. Türkiyəli professor Müəssisənin iqtisadiyyatı kafedrasının professor-müəllim heyəti ilə Sənayenin təşkili və idarəedilməsi ixtisasının tələbələri qarşısında idarəetmə təhsili mövzusunda geniş mühazirə söyləyib. Türkiyədə sənaye mühəndisliyi ixtisasının tədris planının necə qurulmasından və müasir dövrdə hansı üsullarla tədris edilməsindən danışıb.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.