UNEC-də 2023/2024-cü tədris ilinin Yay semestrinə qeydiyyat başlayır

02 MAY 2024

UNEC-də 2023/2024-cü tədris ilinin Yay semestrinə qeydiyyat başlayıb. Yay semestrinə qeydiyyat adları SİYAHIDA təqdim edilən fənlər üzrə aparılacaq.

Tələbələr siyahıda təqdim edilməmiş, lakin akademik borcları olduğu digər fənlər üzrə də qeydiyyat üçün müraciət edə bilərlər (fənn üzrə qrupların açılmasına kifayət edəcək sayda tələbə müraciəti formalaşdıqca həmin fənlərdən də qruplar yaradılacaq).

Yay məktəbinə digər ali təhsil müəssisəsinin tələbələri də müvafiq sənəd təqdim edərək qoşula bilərlər.

Yay semestrinə qeydiyyat iyulun 15-ə dək aparılacaq.

Tələbələr qeydiyyat üçün fakültə, mərkəz və məktəb tyutorlarına müraciət etməlidirlər.

Yay semestrinin təşkili ilə bağlı UNEC Yay məktəbinin Facebook səhifəsi yaradılıb.

Tələbələr Yay semestri barədə suallarla bağlı həmin səhifəyə müraciət edə bilərlər.

Qeyd: Yay semestri tələbələrin akademik borclarının ləğv edilməsi, humanitar fənlər bölümünə daxil olan və ali təhsil müəssisəsi tərəfindən müəyyən edilən seçmə fənlərin kreditlərinin qazanılması, müvəffəqiyyət qazanılan fəndən qiymətin yüksəldilməsi və ali təhsil müəssisəsinin təklif etdiyi ayrı-ayrı fənlər üzrə digər ali təhsil müəssisələrinin tələbələrinə müvafiq kreditlər qazanmasına şəraitin yaradılması məqsədi ilə təşkil edilir.

Yay semestrində tələbənin götürdüyü fənlər üzrə kreditin ümumi həcmi 10-dan artıq olmamalıdır.

UNEC-də Yay semestrinin (nəzəri təlim və imtahanlar) müddəti 6 həftədir. İmtahan müddəti 1 həftədən artıq olmamaqla, yay semestrinin sonuncu həftəsində təşkil edilir. Qiyabi təhsil formasında tədris müddəti (nəzəri təlim və imtahan müddəti) 3 həftə olaraq müəyyən edilir.

Əyani təhsil üzrə
Fənnin adı Fənnin kodu Fənnin krediti
1 Biznesin əsasları 00200 6
2 Marketinq 00532 6
3 İnsan resurslarının idarə edilməsi 00425 4
4 Azərbaycanın tarixi 00005 5
5 Fəlsəfə 00341 3
6 Əməyin iqtisadiyyatı 00307 4
7 İqtisadiyyata giriş 00021 6
8 Mikroiqtisadiyyat 00591 10
9 Marketinq tətqiqatları 00535 4
10 Audit 00152 4
11 Pul və banklar 0406y 7
12 Statistika 00837 10
13 Korporativ maliyyə 00503 6
14 Xətti cəbr və riyazi analiz 00056 8
15 Ekonometrika 00282 10
16 B1 Xarici dildə işgüzar və akademik kommunikasiya-3 00760 4
17 A2 Xarici dildə işgüzar və akademik kommunikasiya-2 00122 3
18 B1 Xarici dildə işgüzar və akademik kommunikasiya-3 00932 4
19 B1+ Xarici dildə işgüzar və akademik kommunikasiya-4 00934 4
20 A1 Xarici dildə işgüzar və akademik kommunikasiya-1 00058 4
21 A2 Xarici dildə işgüzar və akademik kommunikasiya-2 00073 3
Qiyabi təhsil üzrə
Fənnin adı Fənnin kodu Fənnin krediti
1 AR Konstitusiyası və hüququn əsasları 1701yq 2
2 Fəlsəfə 4001yq 4
3 Kimya-2 1317yq 7
4 Müəssisə maliyyəsi 2206yq 4
5 Xarici dil-2 3902yq 6
6 Xətti cəbr və riyazi analiz 00056q 8
7 Ekonometrika 1803yq 7
8 Mülki müdafiə 00034q 3
9 Xarici dil-1 3901yq 7