UNEC-də “Ən gözəl hədiyyə – KİTAB!” adlı kitab bağışlama kampaniyası keçirilib

14 FEVRAL 2025 | VIEWS:

14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günündə UNEC KİM-nin 24/7 Kitabxanası “Ən gözəl hədiyyədir – KİTAB!” adlı ənənəvi kitab bağışlama kampaniyası həyata keçirib. 

UNEC-in 95 illik yubileyi münasibətilə təşkil olunan kampaniyada kitabxananın oxucu-istifadəçiləri arasında hədiyyə almaq istədikləri kitablar haqqında sorğu keçirilib. Kampaniyaya qatılan 81 tələbədən 3 nəfəri “random” yolu ilə qalib seçilib.

UNEC KİM 24/7 kitabxanasının müdiri Arzu Məmmədova tələbələri təbrik edərək, hər birinə kitablara, mütaliəyə sevgilərinin bitməməsini diləyib. 

Kitabxana könüllülərinin koordinatoru İlqar Əliyevin təşkilatçılığı, “Sisifos” kitab evinin dəstəyi keçirilən kampaniyanın  qalibi olan tələbələrə – Sitarə Babazadə, Yasin Şeydayeva və Sevda Balacayevaya arzu etdikləri kitablar hədiyyə olunub.

UNEC-də “Ən gözəl hədiyyə – KİTAB!” adlı kitab bağışlama kampaniyası keçirilib