UNEC rektoru professor Ədalət Muradovla keçirilən görüşdə hər iki universitetin təhsil sahəsindəki fəaliyyətləri və əməkdaşlıq imkanları müzakirə olunub. Professor Ədalət Muradov türkiyəli qonaqlara UNEC-in təhsil imkanları, rəqəmsal idarəetmə sistemi, beynəlxalq əlaqələri, ikili diplom və mübadilə proqramları, dünya reytinqlərindəki mövqeyi, tələbə və müəllim kontingenti və digər istiqamətlər barədə ətraflı məlumat verib.
Prof.Dr. Mustafa Kasım Karahocagil UNEC-in təhsil sahəsindəki müasir yanaşmalarını yüksək qiymətləndirərək, bu ali təhsil müəssisəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Müzakirələrin nəticəsi olaraq, hər iki rektor arasında qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi məqsədilə əməkdaşlıq memorandum imzalanıb.
Memorandumda hər iki universitetin akademik inkişafına töhfə verə biləcək tələbə və müəllim mübadiləsi, birgə konfransların təşkili, elmi tədqiqatlar üzrə əməkdaşlıq və digər sahələr üzrə birgə fəaliyyət istiqamətləri yer alıb.