UNEC-in Təcrübənin Təşkili şöbəsi və “INNAB Business School”un birgə təşkilatçılığı ilə 29 May tarixində “Universitetlər və İşəgötürənlərin I Beynəlxalq Forumu” keçiriləcək.Bu forum təhsil, təcrübə və karyera mövzusunda dəyərli dialoqlar üçün əvəzolunmaz bir fürsət təqdim edəcək.
Forumda:
– Təhsil və iş dünyası bir araya gələcək;
– Əmək bazarının real ehtiyacları müzakirə olunacaq;
– Peşəkarlarla canlı workshoplarda biliklər paylaşılacaq;
– Gənclər üçün fürsətlər və əlaqələr yaradılacaq.
Əsas istiqamətlər:
Tədbir hibrid formatdadır – istər UNEC-də, istər dünyanın istənilən nöqtəsindən onlayn şəkildə iştirak edə bilərsiniz.
Forumda iştirak etmək arzusunda olanlar aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər.