“Süni intellekt sahəsində keyfiyyətli kadr hazırlığının həyata keçirilməsi institut çərçivəsində daha məqsədəuyğundur” – Professor

30 APREL 2025 | VIEWS:

“525-ci qəzet”

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Türk dövlətlərinin vahid Süni İntellekt İnstitutunun yaradılmasını təklif edib. Rektor institutun mərkəzinin Bakı ola biləcəyini bildirib. Ədalət Muradov birgə təhsil proqtamlarının hazırlanmasının vacibliyini də deyib: “Eyni zamanda türk dövlətlərinin ortaq təhsil proqramlarının hazırlanması xüsusi əhəmiyyətlidir. Bu, hətta ortaq universitetlərdən də vacibdir. Bununla bərabər, Elm Fondu ilə bağlı düşüncələrə meydan verməyin də vaxtıdır. Çünki tədqiqatların coğrafiyası çox dardır”.

Ədalət Muradovun təklifinə münasibət bildirən Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Hikmət Əlizadə 525.az-a deyib ki, süni intellekt informasiya kommunikasiya texnologiyalarının inkişafının yüksək mərhələsidir. O müasir dövrdə gözəgörünməz tellərlə həyatımıza daxil olur və günü gündən öz nüfuz dairəsini genişləndirir. Hazırda məndə olan məlumata əsasən bir çox dünya universitetlərində süni intellekt istiqamətində kadr hazırlığına başlanmışdır. Ölkəmizdə də bu istiqamətdə kadr hazırlığına başlanması nəzərdə tutulur. Təbii ki, süni intellekt sahəsində kadr hazırlığı dünya təcrübəsinə əsaslanaraq texniki ixtisaslar üzrə kadr hazırlayan ali məktəblərdə həyata keçiriləcək.  

Hikmət Əlizadənin sözlərinə görə, bu günlərdə UNEC rektoru, professor Ədalət Muradov Türk dövlətlərinin Süni İntellekt İnstitutunun yaradılmasını təklif edib. Təklif özünəməxsus maraq kəsb edir: “İlk növbədə, onu qeyd etməliyik ki, Türk Dövlətləri zaman-zaman öz fəaliyyətlərini birləşdirirlər. Bu baxımdan, təhsil sahəsində də inteqrasiya mühüm əhəmiyyət kəsb edə bilər.  İkincisi onu bildirməyi özümə borc hesab edirəm ki, sünü intellekt bu gün müxtəlif sahələrə – ağır və yüngül sənayeyə, iqtisadiyyata, təhsilə, mədəniyyətə və s. daxil olur. Bu istiqamətdə süni intellekt sahəsində keyfiyyətli kadr hazırlığının həyata keçirilməsi institut çərçivəsində daha məqsədəuyğundur. Daha dəqiq ifadə etsaək, süni intellekt istiqamətində kadr hazırlığı müxtəlif elmlərin inteqrasiyası istiqamətində həyata keçirilməsi daha səriştəli mütəxəssislərin formalaşmasına imkan verə bilər”.

“Süni intellekt sahəsində keyfiyyətli kadr hazırlığının həyata keçirilməsi institut çərçivəsində daha məqsədəuyğundur” – Professor
Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - baywinegir.com -
betgarantiyegir.com
- betexperegir.com - casino siteleri - lotobet güncel girişi - ucuz uz - Free twitch viewers - vozol