UNEC – Gənclərin gələcəyini formalaşdıran universitet

27 MAY 2025 | VIEWS:

AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) bu gün yalnız ali təhsil müəssisəsi deyil, həm də gənclərin gələcəyini formalaşdıran, onların liderlik keyfiyyətlərini önə çıxaran, sosial məsuliyyət hissini gücləndirən, müasir dünyada rəqabətədavamlı fərdlər yetişdirən bir inkişaf modelidir. 1930-cu ildən bəri fəaliyyət göstərən UNEC öz şərəfli tarixi boyunca minlərlə iqtisadçı, idarəçi, dövlət xadimi və alim yetişdirib. Bu gün də həmin missiya ilə davam edərək, təkcə bilik deyil, həm də dəyər yaradır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər UNEC-in tələbə-rektoru, İqtisadiyyat və idarəetmə fakültəsinin IV kurs tələbəsi Nihad İsgəndərovun “UNEC – Gənclərin gələcəyini formalaşdıran universitet!” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Müasir dövrdə universitetlərin rolu yalnız akademik bilik verməklə bitmir. Universitet həm də gəncin xarakterinin, dünyagörüşünün və ictimai məsuliyyət hissinin formalaşdığı mühüm bir mərhələdir. UNEC bu funksiyanı uğurla yerinə yetirən universitetlər sırasında qabaqcıl mövqedədir. Burada tələbələr auditoriyalarda öyrəndikləri nəzəri biliklərlə yanaşı, praktiki bacarıqlara yiyələnir, ictimai fəaliyyətlərlə məşğul olur, layihələr yaradır, bir sözlə, şəxsiyyət kimi formalaşırlar.

Tələbə-rektor institutu – idarəetməyə açılan qapı

UNEC-in ali təhsildə tətbiq etdiyi unikal modellərdən biri də tələbə-rektor institutudur. Ölkədə ilk dəfə UNEC-də yaradılan bu sistem tələbələrə yalnız səs haqqı deyil, eyni zamanda, universitetin real idarəetməsində iştirak etmək imkanı yaradır. Mənim də hazırda bu vəzifəni icra etməyim, sadəcə simvolik bir mövqe deyil – bu, tələbələrin sözünün eşidildiyi, fikir və təşəbbüslərinin reallaşdığı canlı təcrübədir.

Tələbə-rektor kimi fəaliyyətim dövründə qarşıma qoyduğum əsas məqsəd gənclərin universitet həyatına daha çox inteqrasiya olunması, sosial aktivliyin artırılması, tələbə ideyalarının dəstəklənməsi və universitetlə tələbə arasında körpü funksiyasının gücləndirilməsi olub. Bu institut tələbəyə məsuliyyət daşımaq, komanda ilə işləmək, qərar vermək və liderlik etmək kimi vacib həyat bacarıqlarını qazandırır.

Könüllülük – UNEC-də dəyərdən davranışa çevrilən proses

UNEC-də könüllülük, sadəcə, bir fəaliyyət sahəsi deyil, tələbələrin daxili dünyasını formalaşdıran, empatiya və sosial məsuliyyət hissini artıran bir dəyərdir. Mənim təşəbbüsümlə həyata keçirilmiş “Könüllülük Həftəsi” – Beynəlxalq Könüllülər Gününə həsr olunmuş xüsusi layihə – bu baxımdan mühüm əhəmiyyət kəsb edir.

Könüllülük Həftəsi çərçivəsində təşkil etdiyimiz seminarlar, təlimlər, sosial aksiyalar UNEC tələbələrinin həm şəxsiyyət kimi inkişafına, həm də ictimai fəaliyyətlərdə fəal iştirakına yol açıb. Uşaq evlərinə getmək, ətraf mühitin qorunması ilə bağlı aksiyalar, qanvermə kampaniyaları tələbələrə həm faydalı olmaq, həm də liderlik bacarığını gerçək şəraitdə sınamaq imkanı verdi.

Könüllülük gənclərdə yalnız yardım etmə hissini deyil, həm də çevik düşüncə, təşəbbüskarlıq və komanda ruhunu formalaşdırır. UNEC bu dəyərləri bir sistem halına salaraq gənclərə yalnız sabahın mütəxəssisi kimi deyil, cəmiyyətin fəal üzvü kimi yanaşır.

BİRİM2025 – Gənclərin fikrindən formalaşan forum

Ötən həftə təşkil etdiyimiz “BİRİM2025” tələbə forumu UNEC tələbələrinin intellektual və təşəbbüskar potensialını üzə çıxaran uğurlu bir layihə oldu. Bu forumun əsas məqsədi tələbələrə strateji düşünmə bacarığı aşılamaq, onları ölkənin gələcəyi ilə bağlı düşünməyə və fikir bildirməyə təşviq etmək idi.

Forum çərçivəsində keçirilən panel müzakirələrdə süni intellekt, rəqəmsal iqtisadiyyat, innovasiya, marketinq və biznes strategiyaları mövzularında fikir mübadiləsi aparıldı. Burada tələbələr öz ideyalarını təqdim etməklə yanaşı, müxtəlif sahələrin peşəkarları ilə birbaşa əlaqə yaratmaq imkanı qazandılar. BİRİM2025 forumunun ən önəmli cəhətlərindən biri də tam şəkildə tələbələrin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilməsi idi – bu, onların real liderlik bacarıqlarını praktikada tətbiq etməsi üçün mühüm bir platformaya çevrildi.

UNEC-in 95 illiyi – Tarixə hörmət, gələcəyə inam

2025-ci il UNEC-in 95 illik yubileyi ilə yadda qalır. Bu tarix yalnız bir rəqəm deyil, UNEC-in elm, təhsil və cəmiyyət qarşısındakı xidmətlərinin simvoludur. Bu münasibətlə keçirilən tədbirlər silsiləsi – elmi konfranslar, sərgilər, məzunlarla görüşlər, tələbə forumları universitetin tarixini, bugünkü uğurlarını və gələcək strategiyalarını əks etdirən zəngin proqramlarla müşayiət olunur.

Bu yubiley UNEC tələbələri üçün də xüsusi əhəmiyyət daşıyır. Biz bu mərhələdə sadəcə təhsil alan tələbələr deyil, eyni zamanda, 95 illik tarixin bir parçası olduğumuzu anlayırıq. Bu dəyərlərin davamçısı olmaq bizə həm məsuliyyət, həm də güvən verir.

UNEC tələbəsi olmaq – gələcəyə hazırlanmaq

UNEC tələbəsi olmaq yalnız auditoriyada dərsə qulaq asmaq demək deyil. Bu, eyni zamanda, müxtəlif tələbə birliklərində, layihələrdə, könüllülük fəaliyyətlərində, sosial təşəbbüslərdə aktiv iştirak deməkdir. UNEC-də fəaliyyət göstərən Yaradıcılıq mərkəzi, tələbə təşkilatları, beynəlxalq proqramlar və 7/24 kitabxana tələbələrin maraqlarını və inkişafını dəstəkləyən unikal mühit yaradır. Bu mühitdə biz təkcə nəzəri bilik deyil, həm də real həyatda lazım olacaq bacarıqları qazanırıq. UNEC tələbəsi olmaq öz ideyasını reallaşdırmaq, komanda ilə işləmək, müxtəlif mədəniyyətləri anlamaq və qlobal düşünmək deməkdir. Bu təcrübə bizi təkcə iqtisadçı deyil, cəmiyyət üçün dəyərli bir vətəndaş kimi formalaşdırır. Bu gün qürurla deyə bilərəm ki, UNEC yalnız gələcəyin mütəxəssislərini deyil, eyni zamanda cəmiyyətin yolunu müəyyən edən liderləri yetişdirir.

UNEC – Gənclərin gələcəyini formalaşdıran universitet
Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - Vazol - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - ucuz uz - vozol -
volgerskopen.com