UNEC-in “Professorlar Klubu” 95 illik yubiley münasibəti ilə görüş keçirib

17 İYUN 2025 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) 95 illik yubileyi münasibətilə UNEC-in “Professorlar Klubunun” növbəti görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan Klubun Rəyasət Heyətinin sədri, “Maliyyə və auidit” kafedrasının müdiri, professor Əvəz Ələkbərov UNEC-in 95 illik yubileyi münasibəti ilə universitetin rəhbərliyini, kulubun professorlarını təbrik edib. O, universitetin tarixi yoluna nəzər salaraq keçdiyi inkişaf mərhələləri, milli iqtisadiyyatın formalaşmasında oynadığı rol və bugünkü uğurları haqqında iştirakçılara ətraflı məlumat verib. Prof. Ə.Ələkbərov UNEC-in yalnız Azərbaycanın deyil, regionun da aparıcı iqtisadi ali təhsil müəssisəsinə çevrildiyini vurğulayıb. Həmçinin burada yetişən kadrların ölkəmizin iqtisadi idarəçiliyində, biznes mühitində və beynəlxalq əlaqələrində mühüm rol oynadığını bildirib.

Sonra universitetin professorları Elnur Sadıqov, Məhiş Əhmədov, Fərhad Rəhimov və Mirələm Həsənli UNEC-in yaranma tarixindən, dünya reytinqlərində qazandığı uğurlardan, elm, təhsil və cəmiyyətə verdiyi töhfələrdən söz açıblar, yubiley münasibətilə universitetin rəhbərliyini və kollektivini təbrik ediblər.

Sonda universitetin tarixindən bəhs edən videoçarx nümayiş etdirilib.

UNEC-in “Professorlar Klubu” 95 illik yubiley münasibəti ilə görüş keçirib
Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - Premium Hookah - Yeraltı kablo döşeme ürünleri - tipobet - Vazol - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - ucuz uz - vozol -
volgerskopen.com