Rektor rəqəmsal UNEC, tədris və imtahan prosesi, xarici universitetlərlə ikili diplom proqramları, xüsusi təqaüdlər, tələbələrin sosial həyatı, elektron kitabxana, tələbə startaplarına dəstək, məzunların məşğulluğu və s. barədə görüş iştirakçılarına ətraflı məlumat verib. UNEC-in beynəlxalq reytinqlərdəki mövqeyindən söz açan Ədalət Muradov bu nailiyyətlərin təhsilin keyfiyyəti ilə bağlı olduğunu qeyd edib. O, UNEC-ə keçid balının hər il yüksəldiyini də diqqətə çatdırıb.
Görüşdə abituriyentləri və onların valideynlərini maraqlandıran suallar cavablandırılıb. Sonra iştirakçılar üçün UNEC-də infotur təşkil olunub.
Qeyd edək ki, UNEC rektoru ilə növbəti görüş iyulun 11-də əsas tədris binasında olacaq.