UNEC-ə bərpa olmaq istəyənlərin nəzərinə!

08 İYUL 2025

Akademik məzuniyyətdən qayıtmış və xaric olmuş şəxslərin UNEC-ə bərpası üçün sənəd qəbulu elan olunur.

Ərizələrin qəbulu 07 iyul 2025-ci il tarixindən 05 sentyabr 2025-ci il tarixinədək qəbul edilir.

Tələb olunan sənədlər:

  • Rektorun adına ərizə (fakültə, ixtisas, təhsil ili, xaric olunma tarixi, əlaqə nömrəsi dəqiq göstərilməklə);
  • şəxsiyyət vəsiqəsinin surəti (soyad dəyişildiyi halda dəyişilmə haqqında müvafiq sənədin surəti əlavə olunmalıdır);
  • hərbi biletin surəti;
  • ödəmə qəbzinin surəti (təhsil haqqı borcu olanlar üçün).

Əlaqə nömrəsi: (012) 4925903 (daxili: 1012)

QEYD: “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, tibb təhsilinin əsas tibb təhsili üzrə təhsilalanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair Qaydalar”a əsasən, xaric olan təhsilalanların bərpası xaric olma tarixindən 15 il müddətində qış və yay tətili dövründə həyata keçirilir.