
UNEC Xanım Tədqiqatçılar Şurası və Polşanın Silesiya Akademiyası (Academy of Silesia) arasında birgə elmi əməkdaşlıq çərçivəsində qonaq professor proqramı elan olunur.
Proqram çərçivəsində seçiləcək iki UNEC professoru (bəy və xanımlar) 2024/2025-ci tədris ilinin payız semestrində Polşada, Silesiya Akademiyasında 2 həftəlik tədris fəaliyyəti həyata keçirəcəkdir.
Proqramın Məqsədi
UNEC-də fəaliyyət göstərən tədqiqatçıların beynəlxalq tədris təcrübəsini artırmaq, yeni və innovativ dərs metodlarını tətbiq etmək, elmi əməkdaşlıq imkanlarını genişləndirmək və Silesiya Akademiyası ilə uzunmüddətli tərəfdaşlıq əlaqələri qurmaqdır.
Namizədlərə Tələblər
- İqtisad elmləri üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinin olması (minimum tələb);
- Müasir və innovativ tədris metodlarına malik olmaq;
- Marketinq fənni üzrə tədris və tətbiqi biliklərə sahib olmaq;
- İngilis və rus dili biliklərinin olması vacibdir, tədris iki dildən birində aparılacaqdır;
- Tədris zamanı innovativ metodlar tətbiq etmək bacarığı;
- Təcrübəli və beynəlxalq tədris mühitinə uyğunlaşma bacarığı.
Tələb Olunan Sənədlər
Namizədlər aşağıdakı 3 sənədi təqdim etməlidirlər:
- İngilis və ya rus dilində CV
- 2 həftəlik tədris proqramı – “Marketinq tədqiqatları” fənni üzrə mühazirə, seminar və layihə rəhbərliyi daxil
- Elmi əsərlərin siyahısı
Tədris proqramı aşağıdakı komponentləri əhatə etməlidir:
- Mühazirələr: 16 saat
- Praktik dərslər: 24 saat
- Layihə rəhbərliyi: 25 saat (22 nəfərlik tələbə qrupu üçün)
Proses iki mərhələdən ibarət olacaq:
- Sənədlər UNEC Xanım Tədqiqatçılar Şurasının Elm komitəsi tərəfindən ilkin qiymətləndiriləcək;
- Uyğun namizədlərin sənədləri Silesiya Akademiyasının Elm Komitəsinə təqdim ediləcək;
- Son qərar Polşa Silesia Akademiyası tərəfindən veriləcək və iki namizəd seçilərək qonaq professor statusu ilə tədrisə başlayacaq.
- UNEC professor-müəllim heyəti arasında sonuncu dəyərləndirmə prosesində iki nəfər qonaq professor proqramı üçün seçiləcəkdir.
Təqdim Olunan İmkanlar
- Pulsuz yataqxana (iki nəfərlik otaq);
- Ödənişsiz nahar (tədris günlərində);
- Sertifikat: Tədris müddəti, fənnin adı (Badania marketingowe), saat yükü və statusu əks etdirən “Visiting Professor” sertifikatı təqdim olunacaq;
- Elmi əməkdaşlıq imkanları: Polşalı professorlarla birgə elmi məqalə, tədqiqat və tədris layihələri;
- Şengen vizası üçün dəvət və dəstək məktubu
- Turistik səfərlər – Polşanın müxtəlif şəhərlərinə səfərlər təşkil olunacaq.
Bu proqram UNEC tədqiqatçılarına beynəlxalq təcrübə qazandırmaq və akademik karyeralarını genişləndirmək üçün unikal bir imkandır.
Son Müraciət Tarixi: 31 İyul 2025
Qeyd olunan sənədlər 31 iyul 2025-ci il tarixinədək Xanım Tədqiqatçılar Şurasının [email protected] ünvanına göndərilməlidir. Natamam sənədlər proqram üçün nəzərə alınmayacaqdır.
Ətraflı məlumat üçün [email protected] ünvanı ilə əlaqə saxlaya bilərsiniz.