UNEC Journal of Computer Science and Digital Technologies (JCSDT) jurnalının növbəti buraxılışı üçün məqalə qəbulu elan edilir.
UNEC JCSDT rəqəmsal texnologiyalar və kompüter elmləri sahəsində nəzəri və tətbiqi tədqiqatları qəbul edən, rəyli, elmi-praktik jurnaldır. Sizi bu beynəlxalq akademik platformada məqalələrinizi təqdim etməyə və elmi biliklərinizi qlobal icma ilə bölüşməyə dəvət edirik.
Mövzu sahələri:
- Süni İntellekt və Maşın Öyrənməsi: Dərin öyrənmə, təbii dil emalı (NLP), etik və izahlı süni intellekt (Explainable AI).
- Verilənlər Elmi və Böyük Verilənlər: Data analitika, məlumatların çıxarılması, data vizuallaşdırma.
- Kibertəhlükəsizlik və Məxfilik: Şəbəkə təhlükəsizliyi, məlumatların qorunması, blokçeyn.
- Rəqəmsal Transformasiya və Yeni Texnologiyalar: IoT, bulud hesablama, kvant texnologiyaları.
- İnsan-Kompüter Qarşılıqlı Əlaqəsi və Rəqəmsal Təhsil Texnologiyaları: UX/UI, VR/AR, e-tədris.
Əsas tarixlər:
- Məqalə qəbulu üçün son tarix: 31 oktyabr 2025
- Nəşr dövriliyi: İldə iki dəfə (yarımillik)
Məqalələr üçün tələblər:
- Dil: Məqalələr yalnız İngilis dilində qəbul olunur;
- Format: Microsoft Word (.docx) formatında;
- Uzunluq: Maksimum 30 səhifə (istifadə olunan mənbələr və əlavələr istisna olmaqla);
- Xülasə: 150–300 söz, strukturlu (giriş, əsas hissə, nəticə);
- Açar sözlər: 4–6 söz;
- Cədvəl və şəkillər: mətndə yerləşdirilmiş və nömrələnmiş;
- İstinadlar: APA və ya IEEE istinad formatında.
Jurnalın saytına keçid:
Qəbul meyarları:
- Məqalələr orijinal və başqa yerdə dərc olunmamış olmalıdır.
- Mətnin ən azı 70%-i son 5 il ərzində nəşr olunmuş mənbələrə əsaslanmalıdır.
- Müəlliflərin e-poçt ünvanları və ORCID ID-ləri təqdim edilməlidir.
- Əlaqələndirici müəllifin tam əlaqə məlumatları qeyd olunmalıdır.
Məqalələrin göndərilməsi üçün e-poçt ünvanı:
[email protected]