UNEC ilə Səmərqənd İqtisadiyyat və Xidmət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb | VİDEO

23 SENTYABR 2025 | VIEWS:

UNEC Özbəkistanın ali təhsil müəssisələri ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti addım atıb.

Bu məqsədlə Özbəkistanın Səmərqənd İqtisadiyyat və Xidmət Universitetinin rektoru, professor Muhiddin Egamberdiyeviç Pulatovun rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub. Görüşdə UNEC-in rektoru professor Ədalət Muradov, universitetin müvafiq struktur rəhbərləri və özbəkistanlı nümayəndələr iştirak ediblər.

Görüş zamanı iki universitet arasında mümkün əməkdaşlıq istiqamətləri müzakirə olunub. Professor Ədalət Muradov UNEC-in Özbəkistan ali təhsil müəssisələri ilə artıq sıx tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb. O bildirib ki, hazırda UNEC və Daşkənd Dövlət İqtisad Universiteti arasında MBA proqramı üzrə ikili diplom layihəsi uğurla həyata keçirilir.

Tərəflər arasında keçirilən müzakirələrdə müəllim və tələbə mübadiləsi, birgə elmi məqalə və kitabların nəşri, elektron kitabxana resurslarının paylaşımı, süni intellekt sahəsində ortaq layihələrin hazırlanması, həmçinin birgə elmi konfransların təşkili əsas əməkdaşlıq istiqamətləri kimi önə çəkilib.

Görüşün sonunda UNEC ilə Səmərqənd İqtisadiyyat və Xidmət Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb.

UNEC ilə Səmərqənd İqtisadiyyat və Xidmət Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb | VİDEO