UNEC ilə Türkmənistanın iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq memorandumu imzalanıb

10 OKTYABR 2025 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Türkmənistanın iki ali təhsil müəssisəsi – Türkmən Dövlət İqtisadiyyat və Menecment İnstitutu və Türkmən Dövlət Maliyyə İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb.

Onlayn formatda keçirilən imzalanma mərasimində sənədlər UNEC-in rektoru, professor Ədalət Muradov, Türkmən Dövlət İqtisadiyyat və Menecment İnstitutunun rektoru Aknabat Atabayeva və Türkmən Dövlət Maliyyə İnstitutunun rektoru Bayram Tanrıberdiyev tərəfindən imzalanıb.

Memoranduma əsasən, tərəflər arasında birgə tədqiqatlar və təlim proqramlarının həyata keçirilməsi, pedaqoji və inzibati heyət, eləcə də tələbə mübadiləsi, təhsil prosesində və idarəetmədə ən yaxşı təcrübələrin paylaşılması, ortaq layihələrin icrası və akademik əlaqələrin genişləndirilməsi nəzərdə tutulub.

UNEC ilə Türkmənistanın iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq memorandumu imzalanıb