Konfransda ölkənin aparıcı ali təhsil müəssisələrinin alim və tədqiqatçıları ilə yanaşı, xarici ölkələrdən də elm adamları iştirak edəcək. Tədbir çərçivəsində Azərbaycanın iqtisadi və sosial inkişafının aktual problemləri, müasir çağırışlar və yeni reallıqlar fonunda inkişaf perspektivləri müzakirə olunacaq.
Konfransda iştirak etmək arzusunda olanlar üçün ətraflı məlumat və qeydiyyat qaydaları əlavə olunub.