Layihə lisey şagirdlərinin təhsil və intellektual inkişafına dəstək olmaq və onlarla birgə müxtəlif təhsil, sosial və mədəni fəaliyyətlər təşkil etmək üçün nəzərdə tutulub.
Layihə çərçivəsində UNEC-də Konstitusiya Gününə həsr olunmuş intellektual yarış keçirilib. Yarışda Zərifə Əliyeva adına liseyin şagirdləri və ISE-nin I kurs tələbələri iştirak ediblər. Yarışda liseyin şagirdlərindən ibarət 3 komanda iştirak edib. Suallar əsasən ümumi biliklər, məntiq və Azərbaycanla bağlı olub. Maraqlı keçən bilik yarışında ISE komandası I yeri, Zərifə Əliyeva liseyinin “Zərif” komandası isə II yeri qazanıb.
İntellektual yarışın təşkil olunmasında ISE-Mentoru Şəms Məmmədli, tələbələr İlkin Nəcəfov, Davud Şeydayev və Zəhra Sadıqlı fəali iştirak ediblər.